Günəş tutulmasını bu dəqiqələrdə adi gözlə izləyə bilərsiz-VİDEO

Günəş tutulmasını bu dəqiqələrdə adi gözlə izləyə bilərsiz-VİDEO
  03 Noyabr 2013    Oxunub:1588
Bu gün bu dəqiqələrdə insanlar Bakıda Günəş tutulmasını müşahidə edir.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından (ŞAR) Trend-ə bildiriblər ki, Günəş tutulması saat 14.06-da başlayıb, 19.28-də sona çatacaq. Günəş tutulması əsasən ekvator boyunca özünü göstərir, Afrika, Amerikanın bir hissəsini əhatə edir.

Bakıda isə Günəş tutulması 17.24-də müşahidə edilib: "Bakıda Günəş tutulması axşam tərəfi - günün batmasına 5-10 dəqiqə qalmış müşahidə edilib. Həmin vaxt Günəşin aşağı hissəsindən kiçik bir hissə qaralmağa başlayacaq. Bu qaraltı Ayın Günəşin qarşısını kəsdiyi hissədir. Biz onu təxminən 8-9 dəqiqə ərzində gözlə müşahidə edə biləcəyik".

Azərbaycanda Günəş tez - təxminən 17.30-da batdığı üçün tutulma hadisəsinin sona çatmasını görmək mümkün olmayıb.
Məlumata görə, Günəş tutulmaları gözlə görüldükdə insanlara yalnız psixoloji baxımdan təsir edə bilər. Bu hadisələrin insan səhhətinə başqa heç bir təsiri olmur.




Teqlər:  





Xəbər lenti