Olimpiada qaliblərinə pul mükafatı verilə bilər

Olimpiada qaliblərinə pul mükafatı verilə bilər
  04 Dekabr 2018    Oxunub:2319
Ölkə və beynəlxalq olimpiadaların qaliblərinə məqsədli pul mükafatı verilə bilər.
Azvision.az xəbər verir ki, bu barədə yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsində qeyd olunub.

Qanun layihəsinin 12-ci (Ümumi təhsil müəssisəsi) maddəsinə əsasən, ümumi təhsil müəssisəsi təhsildə nailiyyətləri ilə fərqlənən, eləcə də ölkə və beynəlxalq olimpiadaların qalibləri olan təhsilalanlar üçün ümumi təhsil müəssisəsinin öz vəsaiti hesabına məqsədli pul mükafatı təsis edə bilər.

Qeyd edək ki, yeni hazırlanan qanun layihəsi parlamentin “Elm və təhsil” komitəsinin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Anar Kəlbiyev
Azvision.az



Teqlər:





Xəbər lenti