Prezident mavritaniyalı həmkarını təbrik edib

Prezident mavritaniyalı həmkarını təbrik edib
  27 Noyabr 2018    Oxunub:1650
Prezident İlham Əliyev Mavritaniya Prezidenti Məhəmməd uld Əbdüləzizə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Mavritaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Mavritaniya xalqına əmin-amanlıq və rifah diləyirəm".

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident   Təbrik  





Xəbər lenti