Baş nazir Anıtqəbiri ziyarət edib - FOTOLAR

Baş nazir Anıtqəbiri ziyarət edib -    FOTOLAR
  07 May 2024    Oxunub:632
Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 7-də Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.
Nazirlər Kabinetindən AzVision.az-a verilən xəbərə görə, Baş nazir Əli Əsədov Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib.

Baş nazir Anıtqəbirin Xatirə kitabına ürək sözlərini yazıb.

AzVision.az


Teqlər: Baş-nazir   Türkiyə   səfər  





Xəbər lenti