İlan masajı-FOTOLAR

İlan masajı-FOTOLAR
  31 Oktyabr 2013    Oxunub:2273
Təsəvvür edin ki, masaj seansına yazılmısınız. Budur, qarışada yaşayacağınız zövq üçün xeyli pulunuzdan keçərək elit bir salonda masaj stolu üzərinə uzanmışınız. Ağır bir iş günündən sonra təcrübəli masajistin bədəninizi yorğunluqdan azad edəcəyi anı gözləyirsiniz. İşdi birdən təsəvvürləriniz sizi Cakartaya, İndoneziya spa-salonlarından birinə aparsa, bilin ki, çətin ki tam rahatlııq tapasınız. Məsələ burasındadır ki, sözügedən salonlarda masaj heç də adi masaj deyil. Mehriban və güləriz qızların yerinə burada sizi masaj edənlər ilanlar olacaq!



Çılpaq kürəklərinizdə hər cür forma və ölçüdə, müxtəlif rənglərdə pitonlar belinizdə gəzərkən tərpənməyə qoraxaraq, sakitcə uzanmağı dincəlməyin ən unikal üsulu adlandırmaq olar.



İlanla masaj zamanı adrenalin artır ki, bu da metobolizmə kömək edir.



İlanla masaj zamanı ifraz olunan adrenalin stress vəziyyətində ikən yaranır ki, bunun da insan orqanizmi üçün bir neçə effekti var.



Stress halında olanda, adrenalinlə yanaşı bir neçə digər hormonlar da ifraz olunur. Həmin hormonlar ürəyin işini yaxşılaşdırı, qan dövranını yaxşılaşdırır, təzyiqi normallaşdırır və ümumilikdə enerjini artırır.



Ona görə də belə masajdan bir müddət sonra da insan özünü bir qədər gərgin, tam dincəlməmiş hiss edir. Ən azından ona görə ki, çoxlarımız ilanlarla yaxından təmasda olmağa alışmamışıq.



Ola bilsin ki, ilanlarla 1 saatlıq gərgin masajdan sonra daha bir saat normal masaja da ehtiyac olsun.



Ancaq ilanları sevənlər üçün (belələri də var axı) belə bir masaj ağır iş həftəsindən sonra əla bir istirahət vasitəsi ola bilər.



Hər halda qorxmursunuzsa sınamağa dəyər.



Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti