Paytaxtda maşın yandı

Paytaxtda maşın yandı
  07 Mart 2013    Oxunub:1730
Martın 7-də gecə Bakının Xəzər rayonunda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, vətəndaşa məxsus “Renault” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:06-da söndürülüb.
Daha bir avtomobil Bakının Nərimanov rayonunda yanıb. "Land Rover" markalı minik avtomobilinin mühərrik hissəsi tamamilə yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub və yanğın saat 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti