Siyasi Ət #5: Orduxan Teymurxanla müsahibə - VİDEO

Siyasi Ət #5: Orduxan Teymurxanla müsahibə - VİDEO
  15 Oktyabr 2018    Oxunub:25051
Avropadakı anti-Azərbaycan şəbəkəsinin fəal üzvü olan Orduxan Teymurxanın haqqında ölkə mediasında bir qədər əvvəl sensasion məlumatlar yayılmışdı.
Məlumatlarda deyilirdi ki, o, vaxtilə xarici kəşfiyyat tərəfindən “verbovka” olunub, Sovet Ordusunun Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərdə iştirak edib, Qarabağda döyüşməkdən isə boyun qaçırıb.

Orduxanın özü bu ittihamlara heç bir aydınlıq gətirmədi, sadəcə, ənənəsinə uyğun olaraq, sağa-sola söyüş səpələməklə kifayətləndi.

Amma siyasətə qarışmaq istəyən şəxs özü haqqındakı suallara aydınlıq gətirməyə borcludur. Buna görə də, Kirpi.info saytının “Siyasi Ət” verilişi Orduxanı studiyaya dəvət edərək, ondan müsahibə götürüb.

Buyurun, görün, Orduxan haqqında deyilən ittihamlara necə aydınlıq gətirib.



AzVision.az



Teqlər: Orduxan  





Xəbər lenti