Daha beş məktəb tikiləcək

Daha beş məktəb tikiləcək
  27 Oktyabr 2013    Oxunub:1431
Tovuzda daha beş məktəb binasının tikintisinə başlanır.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli sərəncamına əsasən, Tovuz rayonunda 220 şagird yerlik Şamlıq, 180 şagird yerlik Çeşməli, 80 şagird yerlik Muncuqlu, 80 şagird yerlik Qaradaş və 80 şagird yerlik Qalaboyun kəndləri tam orta məktəblərinin layihə smeta sənədlərinin işlənməsi üçün vəsait ayrılıb, həmin sənədlər hazırlanaraq dövlət ekspertizasından keçirilib.

Tovuz Rayon İcra Hakimiyyətindən bildiriblər ki, yaxın günlərdə yeni məktəb binalarının tikintisinə başlanacaq.


Teqlər:  





Xəbər lenti