Azərbaycanda meşələrə kameralar quraşdırılacaq

  11 Oktyabr 2018    Oxunub : 619
Azərbaycanda meşələrə kameralar quraşdırılacaq
"Növbəti günlərdə Azərbaycanda meşələrin giriş-çıxışlarına kameralar quraşdırılacaq".
AzVision.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

O, bildirib ki, meşələr mühafizə olunmalıdır: "2 min hektara yaxın meşə fonduna ağaclar əkilib. Bu ağaclar əkilməklə meşələrin bərpası istiqamətində işləri gücləndiririk. Biz meşələri mühafizə etsək, meşə özü-özünü bərpa edəcək".

Aytən Zəhra
AzVision.az

Teqlər: ETSN   Meşə   Kamera