Qanunsuz ov edən 63 nəfər tutulub - 67 minlik cərimə

  11 Oktyabr 2018    Oxunub : 370
Qanunsuz ov edən 63 nəfər tutulub - 67 minlik cərimə
Son 6 ayda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən 63 vətəndaş qanunsuz ovla məşğul olarkən tutulub.
AzVision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Nazirlik rəsmisi bildirib ki, onlardan 56 silah götürülüb: "Həmin şəxslər 67 min manata yaxın cərimələnib. Onlarda 110-dan yuxarı patron götürülüb. Cərimələnən şəxslər arasında əcnəbilər də var. Ən çox qanunsuz ovla məşğul olanlar son 3 aya təsadüf edir ki, bu müddətdə də 50 nəfər cərimələnib".



Aytən Zəhra
AzVision.az

Teqlər: ETSN   Ov