Prezident indoneziyalı həmkarına başsağlığı verib

Prezident indoneziyalı həmkarına başsağlığı verib
  30 Sentyabr 2018    Oxunub:2420
Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Prezidenti Coko Vidodoya başsağlığı məktubu göndərib.
Məktubda deyilir: "Hörmətli cənab Prezident,

Sulavesi adasında baş vermiş təbii fəlakətin çoxsaylı insan tələfatı və dağıntılar törətməsi barədə xəbərdən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   İndoneziya   Başsağlığı  





Xəbər lenti