XİN rəhbəri Nyu-Yorkda görüşlər keçirib

XİN rəhbəri Nyu-Yorkda görüşlər keçirib
  29 Sentyabr 2018    Oxunub:2003
Xarici işlər naziri Elmar Məmmədyarov 28 sentyabr tarixində Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində İordaniya Haşimilər Krallığının Xarici İşlər və Mühacirlərin məsələləri üzrə naziri Əymən Əs-Safadi, Seneqal Respublikasının xarici işlər və xaricdə yaşayan seneqallılarla iş üzrə naziri Sidiki Kaba və Oman Sultanlığının xarici işlər üzrə məsul naziri Yusif bin Ələvi bin Abdullah ilə görüşüb.
Görüşlər zamanı tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələlərini müzakirə edib və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparıb.

AzVision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti