Məmmədyarov daha bir həmkarı ilə görüşüb

Məmmədyarov daha bir həmkarı ilə görüşüb
  29 Sentyabr 2018    Oxunub:2097
Xarici işlər naziri Elmar Məmmədyarov 28 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Monqolustanın xarici işlər naziri Damdin Tsogtbatar ilə görüşdü.
XİN-dən AzVision.az-a verilən xəbərə görə, nazirlər bir sıra ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə etdi, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi apardı.

Görüş zamanı Nazirlər “Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş” imzaladılar.

AzVision.az


Teqlər: XİN   Monqolustan  





Xəbər lenti