Zakir Həsənovun xələfi məlum oldu

Zakir Həsənovun xələfi məlum oldu
  23 Oktyabr 2013    Oxunub:1150
Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla müdafiə naziri təyin edilən Daxili Qoşunların keçmiş komandanı Zakir Həsənovun vəzifəsini kimin icra edəcəyi məlum olub.

Bu barədə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Z.Həsənovun vəzifəsini Daxili Qoşunların qərargah rəisi, general-mayor Şirin Xəlilov icra edəcək.

Məlumatda bildirilir ki, hələlik DQ-nin komandanının yerinə heç bir təyinat yoxdur. Yeni təyinata DQ komandanın vəzifəsi müvəqqəti icra ediləcək. (lent.az)



Teqlər:





Xəbər lenti