Rəsul Quliyev İsa Qəmbər və Əli Kərimlini yıxıb-sürüdü

Rəsul Quliyev İsa Qəmbər və Əli Kərimlini yıxıb-sürüdü
  23 Oktyabr 2013    Oxunub:976
Açıq Cəmiyyət Partiyasının (ACP) sabiq lideri Rəsul Quliyev Milli Şuranı darmadağın edib.

AzVision.az-ın məlumatına görə, R.Quliyev Milli Şura üzvlərinə göndərdiyi məktubda AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbəri sərt tənqid edərən onların Cəmil Həsənlidən istifadə etdiklərini vurğulayıb.

“Milli Şura qarşısına qoyduğu “tarixi” missiyasını nəinki yerinə yetirə bilmədi, əksinə çox ağır məğlubiyyətə uğradı. Seçkilərin azad keçirilməsi əvəzinə Milli Şuranın bəzi üzvülərinin canfəşanlığı nəticəsində vahid və alternativ namizədlər ətrafında gedən əhəmiyyətsiz diskusiyalar buna gətirib çıxardı. Azad seçkilərin heç üfüqdə görünmədiyi bir şəraitdə qeyri leqitimlik ancaq seçkilərə buraxılmayan Rüstəm İbrahimbəyovun vahid namizədliyi fonunda ola bilərdi.
Təssüf ki, özünün siyasi həyatını uzatmaq siyasətinə üstünlük verən bəzi partiya liderləri risk edib seçkilərdə iştirak etmək və namizəd olmaq istəmədilər. Namizəd olmaq istəmədiyini dəfələrlə elan etmiş Cəmil müəllimi dilə tutub vahid namizəd elan etdilər. Seçkilərin nəticəsi məlumdur”.

R.Quliyev Milli Şuranın bundan sonra heç kimə lazım olmadığını etiraf edib:

“Çünki real plan və proqramı olmayan Milli Şura heç kimə lazım deyil, ilk növbədə xalqa. Kimlərin Milli Şurada qalıb,qalmaması belə bir müzakirə keçiriləndən sonra məlum olmalıdır. Hər halda mən heç vaxt kimlərinsə ziyan verən siyasi həyatının uzadılmasına qulluq edən Milli Şurada qalmaram. Bəlkə Milli Şurada məndən də başqa belə düşünənlər var”.

R.Quliyev daha sonra AXCP və Müsavat partiyalarına qarşı sərt çıxış edərək onları satqınlıqda ittiham edib.

Onun sözlərinə görə, bu iki partiya hakimiyyətin maraqlarına xidmət edir.

“Hökümət yaxşı bilir ki, AXCP və Müsavatın xalq arasında heç bir hörməti yoxdur. Ona görədə 2 qəzetin “Azadlığın” AXCP-nın, “Yeni Müsavatı” Müsavat partiyalarının ruporuna çevrilməsinə imkan yaradıb. Musavat qəzeti azda olsa neytrallıq göstərmək təşəbüsündə olur,“Azadlıq” isə məktəb direktorunun hər gün yoxladığı informasiya vasitəsinə çevrilib“.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti