Allahşükür Paşazadə facebook-a qoşuldu

Allahşükür Paşazadə facebook-a qoşuldu
  23 Oktyabr 2013    Oxunub:1620
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə facebook istifadəçiləri sırasına qoşulub.

Belə ki, artıq şeyxlə bağlı olan xəbərlər onun facebook səhifəsində yer almaqdadır.

Bu barədə AzVision.az –a şeyxin qardaşı, millət vəkili Cavanşir Paşazadə məlumat verib.

Onun sözlərinə görə, hər iki qardaş facebook sosial şəbəkəsində qeydiyyatdan keçiblər:

`Həm mən, həm də Allahşükür Paşazadə facebookda varıq. Facebook səhifəmi mən özüm işlədirəm, statuslar paylaşıram. Ancaq şeyxin səhifəsini onun özü işlətməsə də, mətbuat xidməti nəzarət edir, mətbuatda etdiyi çıxışları səhifəyə yerləşdirilir`-deyə, C.Paşazadə əlavə edib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti