Havada tozun miqdarı normadan 2 dəfə çoxdur

Havada tozun miqdarı normadan 2 dəfə çoxdur
  31 Avqust 2018    Oxunub:2055
Atmosfer havasında hazırda müşahidə olunan tozun miqdarı açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az- a verilən məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə Bakıda və Abşeron yarımadasında 31 avqust 2018-ci il tarixində tozun miqdarının saat 18:00-da sanitar normadan 1,8-2,0 dəfə yuxarı olduğu qeydə alınıb.

Qeyd edək ki, bu göstərici saat 15:00-da 1,6 dəfə sanitar normadan yuxarı olub.

Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.

AzVision.az


Teqlər: ETSN   Hava  





Xəbər lenti