Bakıda tozun miqdarı normanı 1,6 dəfə ötüb

Bakıda tozun miqdarı normanı 1,6 dəfə ötüb
  31 Avqust 2018    Oxunub:1693
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, Bakıda və Abşeron yarımadasında 31 avqust 2018-ci il tarixində tozun miqdarının saat 15:00-da sanitar normadan 1,6 dəfə yuxarı olduğu qeydə alınıb.
Qeyd edək ki, bu göstərici saat 12:00-da 1,3 dəfə sanitar normadan yuxarı olub.

Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.

AzVision.az


Teqlər: ETSN   Hava  





Xəbər lenti