Bakıda işçilərin maaşı artıb

Bakıda işçilərin maaşı artıb
  31 Avqust 2018    Oxunub:2402
Cari ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən paytaxtda işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 1,6 faiz artaraq 789,3 manat təşkil edib.
AzVision.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

AzVision.az


Teqlər: Bakı   Maaş  





Xəbər lenti