Beyləqanda ev yanıb

Beyləqanda ev yanıb
  22 Avqust 2018    Oxunub:2470
Beyləqan rayonunda ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az- a verilən məlumata görə, rayonun Allahyarlı kəndində ümumi sahəsi 228 kvadratmetr olan birmərtəbəli, 5 otaq və aynabənddən ibarət evin 2 otağının, mətbəxinin tavanı 45 kvadratmetr sahədə və dam örtüyünün yanar konstruksiyaları 100 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Yanğın  





Xəbər lenti