DTX və DİN Astarada əməliyyat keçirdi

DTX və DİN Astarada əməliyyat keçirdi
  09 Avqust 2018    Oxunub:2481
Astarada fəaliyyət göstərməyən çay fabrikinin ərazisindən silah-sursat aşkar edilərək götürülüb.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, daxil olan əməliyyat məlumatı əsasında Astara Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən birgə görülən tədbirlərlə Pensər kəndində yerləşən, hazırda fəaliyyət göstərməyən çay fabrikinin ərazisinə baxış zamanı oradan 4 ədəd avtomat, 2 ədəd bıçaq, 1 ədəd patron darağı, əleyqaz və digər silah-sursat aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər: DTX   DİN  





Xəbər lenti