Axundzadə ensiklopediyasının redaksiya heyəti təsdiqlənib

Axundzadə ensiklopediyasının redaksiya heyəti təsdiqlənib
  18 Oktyabr 2013    Oxunub:2176
“Mirzə Fətəli Axundzadə Ensiklopediyası”nın hazırlanmasına dair redaksiya heyətinin tərkibi təsdiq edilib.
AzVision.az xəbər verir ki, bu bərədə AMEA-dan məlumat verilib.
AMEA Rəyasət Heyətinin qərarı ilə redaksiya heyətinin tərkibinə akademik İsa Həbibbəyli, Azərbaycanın Polşadakı səfiri, tarix üzrə elmlər doktoru Həsən Həsənov, akademik Nailə Vəlixanlı, AMEA-nın müxbir üzvləri Tofiq Hacıyev, Məsumə Məlikova və Teymur Kərimli, filologiya üzrə elmlər doktorları - Aybəniz Əliyeva Kəngərli, Himalay Qasımlı, Zaman Əsgərli və Cavanşir Yusifli, filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədova və fəlsəfə üzrə elmlər doktoru Arzu Hacıyeva təsdiq olunublar.

Fatimə


Teqlər:  





Xəbər lenti