Putin tarixi görüşə gecikdi - (VİDEO)

Putin tarixi görüşə gecikdi - (VİDEO)
  16 İyul 2018    Oxunub:6847
Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüşmək üçün artıq Helsinkidədir.

AzVision.az CNN telekanalına istinadən xəbər verir ki, Putinlə Trampın birinci rəsmi görüşü saat 13:10-na təyin edilib. Lakin Rusiya prezidentinin təyyarəsini yerə gec enməsi səbəbindən görüş bir qədər gecikib.
Nəticədə görüşün vaxtı daha bir saat irəli çəkilib. Hazırda təyyarədən enən Putinin korteji Trampla görüşün keçiriləcəyi Finlandiya prezidentinin sarayına doğru irəliləyir. Onun ardınca isə Tramp görüşün keçiriləcəyi binaya gələcək.



Putinlə Tramp əvvəlcə yalnız tərcüməçilərin iştirakilə saat yarım təkbətək görüş keçirəcək. Daha sonra isə geniş tərkibdə danışıqlar aparılacaq.

Xatırladaq ki, bu, Trampla Putinin çoxtərəfli beynəlxalq forumlar çərçivəsindən kənar keçirəcəkləri ilk təkbətək və tamformatlı görüşü olacaq. Danışıqların əsas mövzuları ABŞ-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişafının perspektivləri, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsi, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri – Suriya və Ukraynadakı böhran olacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Helsinki  





Xəbər lenti