Gəncədə şəhid olan polkovnikin yas mərasimi - VİDEO
Məlum olduğu kimi, iyul ayının 10-da Gəncə Şəhər Baş Polis idarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov bir qrup şəxsin cəhd etdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Şəhid Səməd Abbasovun qardaşı, "İmamzadə" məscidinin axundu Hacı Tahir Abbasov bildirib ki, bu hadisənin törədilməsində məqsəd Gəncədə aranı qatmaq və asayişi pozmaq olub.
Jurnalist: Günay Arda
Video: Əhməd Xəlilov, Azər Həsənov
AzVision.az