Cəbhə xəttində monitorinq

Cəbhə xəttində monitorinq
  16 Oktyabr 2013    Oxunub:943
ATƏT cəbhə xəttində monitorinq keçirəcək.
AzVsison.az Trend-ə istinadən xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 17-də Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Yevgeni Şarov keçirəcək.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle və maliyyə administrasiyasının rəhbəri Piter Svidberq keçirəcəklər.


Teqlər:





Xəbər lenti