Erməni lobbisinin imkanları – TƏHLİL

Erməni lobbisinin imkanları – TƏHLİL
  05 Mart 2013    Oxunub:2741
AzVision.az Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin hazırladığı “Erməni İşi: Cənubi Qafqazda düşmənçilik modelində Erməni lobbisinin rolu” adlı hesabatdan seçilmiş hissələri müəyyən ixtisarla təqdim edir
Bu sənəd Azərbaycan-Ermənistan əlaqələrində Erməni lobbiçiliyinin oynadığı roldan bəhs edəcək. 1994-ci ildə bağlanmış atəşkəsdən sonra regional siyasi müvazinət Azərbaycanın xeyrinə dəyişməkdədir, ölkənin neftdən gələn gəliri Bakının iqtisadi və hərbi gücünü artırır. Buna görə də, Ermənistan digər bir üstünlükdən istifadə edərək cavab verməyə çalışır: onun dünyadakı diasporası. Əslində Ermənistan Yerevanın mənafeyinə uyğun olaraq ABŞ və Avropanın siyasi proqramına təsir etmək üçün təzyiq qruplarından istifadə edir.
Bakını beynəlxalq yardımdan təcrid etmə və Azərbaycanı beynəlxalq normalara əməl etməyən dövlət kimi təsvir etmə Erməni lobbisinin dünyadakı fəaliyyətinin istiqamətlərindən biridir. Bu, narahatlıq doğuran yeganə səbəb olmasa da, Erməni lobbisi iki qonşu ölkə arasında düşmənçilik modelini gücləndirməkdə öhdəlik payına malikdir və bu da Dağlıq Qarabağ münaqişəsinin daha sürətli həllinin qarşısını alır. Bu sənəd nə Azərbaycana bəraət qazandırmaq, nə də Ermənistana iftira atmaq üçün nəzərdə tutulmayıb. Hər iki ölkə korrupsiya, ifadə azadlığı və insan hüquqları sahəsində beynəlxalq normalara uyğunlaşmaq üçün fəal şəkildə işləyir. Təbii ki, Azərbaycan-Ermənistan əlaqələrinin mürəkkəbliyi çox dərindir və bu işin hədəfinin sərhədlərindən kənara çıxır. Sənəd yalnız problemin bir hissəsindən bəhs edir: Erməni lobbisi.

Regional Təhlükəsizlik Kompleksi (RTK) Qafqazda

Regional təhtükəsizlik kompleksi nəzəriyyəsi Qafqazda dövlətlərin siyasətini təhlil etmək üçün lazimi çərçivəni verir. Qafqaz üç yerli tərkibdən – Ermənistan, Azərbaycan, Gürcüstan və Rusiya, İran, Türkiyə, ABŞ, Aİ kimi regionda eyni maraqlara malik digər faktorlardan ibarət RTK-dır (Buzan & Wæver, 2003, səh. 419-423). RTK Dağlıq Qarabağ və Gürcüstanın Abxaziya, Cənubi Asetiya, Acariya kimi separatist bölgələri kimi münaqişələr ətrafında formalaşıb. Bu münaqişələr Ermənistan-Azərbaycan və Gürcüstan-Rusiya blokunda düşmənçilik modelini müəyyən edib (Derghoukassian, 2006). Eyniylə, yerli və xarici faktorlar arasındakı münasibətlər öncə qeyd olunmuş münaqişələr üzərindəki mövqedən asılıdır.
Xüsusən də, Dağlıq Qarabağ məsələsi Bakı və Yerevan arasında düşmənçilik modelini bugünə qədər müəyyən edir.
Beynəlxalq icma bir neçə dəfə birdəfəlik sülh sazişində vasitəçilik etməyə cəhd etsə də, 1994-cü il atəşkəsi bugün də Dağlıq Qarabağda status-kvonu saxlayır.
Daha çox narahatedici məsələ isə gərginliyin şiddətlənməsi təhlükəsi və münaqişənin “donunu açmaq” imkanı hər iki tərəf üçün masa üstə olan seçimdir (Jarosiewicz & Strachota, 2011). Bu baxımdan Ermənistan yaxşı başa düşür ki, hazırkı Bakının iqtisadi sıçrayışı regionda qüvvələr tarazlığını dəyişmə ehtimalına malikdir.
Bu həssas “oyunda” Ermənistan Bakının artan gücünü dünyada öz məsələsinin lobbiçiliyini aparmaqla tarazlaşdırmağa çalışır. Xatırlatmaq lazımdır ki, Ermənistan eyni zamanda özünün geniş əhatəli diaporuna da arxalanır.
Erməni lobbisinin erməni məsələlərini bir neçə qərb ölkələrinin siyasi gündəliyində saxlamaqda əhəmiyyətli rolu olub. Bundan əlavə, hər şeydən öncə, müstəqillikdən sonrakı ilk on illikdə Erməni lobbisi Bakını beynəlxalq dəstəkdən təcrid edə bilmişdi. Bu xüsusda Buzan və Wæver inadla bildirir ki, “Erməni lobbisinin ABŞ-dakı gücü sayəsində Azərbaycan qara siyahiyə salınmış və Amerikanın dəstəyini qazanmasına mane olunmuşdur” (Buzan və Wæver, 2003, səh. 421). Bütün bunlar Azərbaycanın daha effektiv liberal demokratiyaya doğru inkişaf prosesini ləngidib. Bakı əslində yükək həyat rifahını artırmazdan öncə beynəlxalq dəstəyin olmaması kimi təcili həll edilməli olan məsələnin öhdəsindən gəlməli oldu. Bu fakt Azərbaycan rəhbərliyini insan hüquqlarının təbliği və tamhüquqlu liberal sistemlə müqayisədə siyasi stabillik və daxili sosial-iqtisadi artıma daha çox üstünlük verməyə vadar edib. Erməni lobbisinin Bakıya qarşı oynadığı rol Ermənistan-Azərbaycan münasibətlərində düşmənçilik modelinin ən aşkar təzahürüdür.

Erməni Lobbisi

“Xarici siyasət” məqaləsində keçmiş milli təhlükəsizlik üzrə məsləhətçi, Zbigniew Brzezinski Erməni lobbisini ABŞ-ın xarici siyasətini formalaşdıran üçüncü ən təsirli vasitə kimi qiymətləndirib (Brzezinski, 2006). 1915-ci ildən bəri Erməni diasporası ABŞ, Fransa, Russiya, Yunanıstan, Livan və İranda müəyyən istinadgah daxil olmaqla əllidən artıq ölkədə mövcuddur (Minassian, 2007, səh. 81). Hazırda Ermənistan Rusiyada təxminən 2 milyon, ABŞ-da 1.5 milyon və Fransada yarım milyon insana arxalana bilir (BBC, 2007).
Dünyada 10 milyondan çox erməni yaşayır və onların 7 milyonu diasporalardadır (Minassian, 2007, səh. 81; Taşpınar, 2010), bu isə Ermənistanda yaşayan bütün əhalidən (təxmimən 3.3 milyon) iki dəfə çoxdur. Amerikanın siyasətində və cəmiyyətində diaspora ikiqat rol oynamışdır. Hər şeydən öncə, diaspora pul göndərişi yolu ilə milli iqtisadiyyata kömək edir. Sovet İttifaqının dağılmasından sonra Ermənistan iqtisadiyyatı Russiya və Amerika ermənilərinin fondları hesabına çox dəstək alıb. 2003-2005–ci illər ərzində fondun ümumi məbləği təxminən Ermənistanın ümumi daxili məhsulunun 37%-ni təşkil edib (Minassian, 2007, səh. 91).

İkinci başlıca rol dünyada erməni maraqlarının müdafiəsi və təbliği olub, bu maraqlara soyqırımın tanınması və Dağlıq Qarabağın ya muxtar dövlət, ya da Ermənistanın tərkib hissəsi kimi tanınması da daxildir. Həqiqətən də son 20 il ərzində lobbi nəzərəçarpan uğurlar qazanıb. Erməni soyqırımının 21 dövlət tərəfindən tanınması və Azadlığa Dəstək Aktına 907-ci düzəlişin qəbulu (Azərbaycana ABŞ - yardımı verməyi yasaq edən qanun, yəni Bakını ABŞ- yardımından faydalanmayan yeganə keçmiş Sovet Respublikası edən qanun) buna nümünə ola bilər.

ABŞ-da Erməni diasporu iki əsas lobbiçi təşkilat ətrafında təşkil olunur: Amerikanın Erməni Milli Komitəsi (AEMK), və Amerikanın Erməni Assambleyası (AEA). Hər iki təşkilatlar Kaliforniya, Miçiqan və Massaçussets kimi ştatlarında eyni dərəcədə qüdrətli və fəal mövqeyə malikdirlər.
Dr. Svante Cornell-in (Johns Hopkinsin Mərkəzi Asiya-Qafqaz İnstitutu) verdiyi məlumata əsasən, “ABŞ-dakı erməni lobbisi qətiyyət və təşkilatçılığına görə çox güclüdür” və həmçinin yerli seçkilərdə çox nüfuzlu mövqeyə sahibdir (BBC, 2007). Qeyd etmək lazımdır ki, Capitol Hilldəki erməni yönümlü şura Vaşinqtonda ən nüfuzlu lobbilərdən biridir və 163 konqresmenə arxalanır (Minassian, 2007, səh. 95).

Öz veb-səhifəsində AEMK bidirir ki, onun əsas fəaliyyəti: “Dağlıq Qarabağın təhlükəsiz sərhədlər daxilində öz müqəddaratını təyin etmə və müstəqillik hüququnu” dəstəkləmək və “Dağlıq Qarabağa birbaşa Amerikanın yardımını” təmin etmək, “erməni soyqırımının müvafiq anımını” təmin etmək və “Türkiyə və Azərbaycanı blokadanı qaldırmağa və insan hüquqları və humanitar təcrübələr üzrə beynəlxalq standartlara cavab verməyə” həvəsləndirməkdir. Eyni zamanda, AEA-nın məqsədlərinə “soyqırımın” və Dağlıq Qarabağın ya “müstəqil dövlət ya da Ermənistan Respublikasının ayrılmaz və bitişik hissəsi kimi beynəlxalq aləmdə tanınması” daxildir(AEA).

Buna bənzər fəaliyyətlər Ermənistanın Avropadakı lobbisi olan Brüsseldə mərkəzləşmiş təşkilatlar “Ədalət və Demokratiya naminə Avropa Erməni Federasiyası” (ƏDAEF), “Ermənistanın Avropalı Dostları” (EAD), Fransadakı “Fransanın Erməni Təşkilatlarının Koordinasiya Şurası” (FETKŞ) və “Fransanın Erməni Milli Komitəsi” vasitəsi ilə icra olunur.

Gördüyümüz kimi Ermənistanın lobbiçi fəaliyyətinin özəyi regiondakı iki əsas rəqibinə qarşı hədəflənib: Türkiyə və Azərbaycan. Hər iki vəziyyətdə lobbiçilik işi Vaşinqton, Brusel və digər Apropa paytaxtları daxilində öz hədəflərinə təkan verməkdə uğurlu olub. Buna baxmayaraq, həm Türkiyə, həm də Azərbaycan terrorizmlə mübarizə və enerji təlükəsizliyini genişləndirməkdə ABŞ/Avropa üçün strateji tərəfdaşlar olduğu üçün bəhs olunan məsələlər olduqca həssas məsələlərdir.


Teqlər:  





Xəbər lenti