7 yaşında "pensiya"ya çıxan itlər - FOTOLAR

7 yaşında "pensiya"ya çıxan itlər - FOTOLAR
  27 İyun 2018    Oxunub:8832
Azərbaycanın dövlət sərhədində yerləşən gömrük postlarında ölkəmizə daxil olan nəqliyyat vasitələrinin yoxlanılmasında xüsusi təlim keçmiş itlərin köməyindən istifadə olunur. Belə ki, avtomobillərin yoxlanılmasına Dövlət Gömrük Komitəsi ilə yanaşı Dövlət Sərhəd Xidmətinin (DSX) xüsusi təlim keçmiş itləri də cəlb olunur.
AzVision.az xəbər verir ki, ölkəyə qaçaqmal keçirilməsinin qarşısını almaqda bu itlərin xidmətləri əvəzsizdir. Onlar sərhəd keçid məntəqəsinin ən etibarlı keşikçiləridir.

Xüsusi təlim görmüş itlər 12 saat ərzində 2 saat xidmətdə olur. Həmçinin iki saat xidmət fasilələrlə həyata keçirilir. Onlar məhz bu iş üçün yetişdirilir. Belə ki, onlardan xidməti dövründə bala alınmır. 7 yaşına qədər xidmət edən itlər, daha sonra "pensiya"ya çıxırlar. 7 yaşından sonra onlar xidmətdən kənarlaşdırılır və kinoloji xidmətin ərazisində saxlanılır.



















Anar Kəlbiyev
Foto:Elvin Abdulla

AzVision.az


Teqlər: İt   Təlim   Axatrış  





Xəbər lenti