Şabalıd bağlarında xəstəlik yayılıb
Bu proses, xüsusilə, qış aylarında həyata keçirilməlidir ki, yazda xəstəlik digər ağaclara yayılmasın. Eyni zamanda, ağacın özünü yenidən bərpa etməsi üçün ona 15 gündən bir 3 dəfə karbendazim, benomil, epoksikonazol tərkibli fungisidlər çilənməli və ya gövdələrin inyeksiyası həyata keçirilməlidir. Əkin materialı kimi şabalıdın xəstəliyə davamlı növ, forma və hibridlərindən (yapon şabalıdı, cırtdan şabalıd və s.) istifadə edilməsi vacibdir.
Qeyd edək ki, ölkəyə idxal olunan sahib bitkinin əkin materialı karantin baxışdan keçirilməlidir. Bitki Mühafizəsi və Karantini üzrə Avropa və Aralıq dənizi Təşkilatı (EPPO) tövsiyə edir ki, ölkəyə idxal edilən şabalıd (Castenea spp.) və palıd (Quercus spp.) cinsinin oduncağı C. parasitica patogeni rast gəlinməyən və xəstəlik son vegetasiya dövründə müşahidə edilməyən ərazilərdən gətirilməlidir. Xəstəliyə qarşı mübarizədə hipovirulent ştamların istifadəsi xəstəliyi nəzarətdə saxlamaq üçün perspektivli hesab edilir.
AzVision.az
Teqlər: KTN