Yol polisindən Sumqayıt yolu ilə bağlı xəbərdarlıq

Yol polisindən Sumqayıt yolu ilə bağlı xəbərdarlıq
  27 İyun 2018    Oxunub:1533
Bu gündən Bakı Sumqayıt yolunun Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından üzü Xırdalan dairəsi istiqamətinə qədər olan yolda təmir-tikinti işləri ilə əlaqədar olaraq, hərəkət məhdudlaşdırılır.
Bakı Şəhər BPİ DYPİ-dən AzVision.az-a daxil olan xəbərdə bildirilir ki, qurum bu istiqamətdə hərəkət etməli olan sürücülərə tövsiyə edir ki, Bakı Dairəvi-1 - Lökbatan-Hocahəsən, Binəqədi şosesi - Binəqədi-Biləcəri, Binəqədi-Novxanı-Masazır, Binəqədi-Novxanı-Corat alternativ avtomobil yollarından istifadə etsinlər.

AzVision.az


Teqlər: DYP  





Xəbər lenti