Sabunçu-Zabrat yolunda hərəkət məhdudlaşdırılır

Sabunçu-Zabrat yolunda hərəkət məhdudlaşdırılır
  27 İyun 2018    Oxunub:1284
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Sabunçu yol qovşağından Zabrat qəsəbəsi istiqamətində və əksinə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
AzVision.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, rənglənmə işləri axşam saatlarına qədər davam etdiriləcək.

Bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

AzVision.az


Teqlər: Zabrat   Yol  





Xəbər lenti