Komitə sədri: "Nuh peyğəmbərə heykəl qoymaq olar" - (VİDEO)

Komitə sədri: "Nuh peyğəmbərə heykəl qoymaq olar"  - (VİDEO)
  01 May 2018    Oxunub:4896
"Naxçıvan Duz Muzeyində Nuh peyğəmbərə heykəl qoyulmasında heç bir qəbahət görmürəm"
AzVision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, əgər peyğəmbərin şəkli varsa, ona heykəl də qoyula bilər.



"Nuh peyğəmbər və ya digər peyğəmbərlərin şəkilləri çəkilirsə və ya başqa nəsə edilirsə, burada problem yoxdur. İsa peyğəmbər, Musa peyğəmbərlə bağlı şəkillər də var. İslamda heykəl və şəkillə bağlı yanaşma fərqlidir. Amma Nuh peyğəmbər İslama qədər olan peyğəmbərdir və ona heykəl qoyulmasında problemli məsələ yoxdur".

Qeyd edək ki, Naxçıvanda “Duzdağ” otelində Naxçıvan Duz Muzeyi yaradılıb. Muzeydə Nuh peyğəmbərin heykəli qoyulub.



Aytən Zəhra
AzVision.az


Teqlər: Mübariz-Qurbanlı  





Xəbər lenti