“Azərbaycanda sabitlik böyük önəm daşıyır” - Rusiyalı nazir (Yenilənib)
AzVision.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi qeyd olundu.
Maksim Oreşkin bir daha prezident seçkilərində inamlı qələbəsi münasibətilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təbriklərini dövlətimizin başçısına çatdırdı. O qeyd etdi ki, seçkilərin nəticələri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi və iqtisadi kursa xalq tərəfindən verilən möhkəm dəstəyin təzahürüdür və Azərbaycanda hökm sürən sabitlik böyük önəm daşıyır. Rusiyalı qonaq qeyd etdi ki, hətta Bakıya son gəlişindən keçən bir neçə ay ərzində iqtisadi əməkdaşlıq istiqamətində irəliyə doğru bir sıra ciddi addımlar atılıb. Maksim Oreşkin azərbaycanlı həmkarları ilə birgə məhsuldar fəaliyyətin həyata keçirildiyini məmnunluqla vurğuladı.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi. Söhbət zamanı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, investisiya, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
AzVision.az
Teqlər: İlham-Əliyev Rusiya