İki yeni prokurorluq yaradılacaq

İki yeni prokurorluq yaradılacaq
  05 Oktyabr 2013    Oxunub:1044
Azərbaycan Prezidenti İlham Əliyev Xocavənd Rayon Prokurorluğunun və Bakı şəhəri Pirallahı Rayon Prokurorluğunun yaradılması haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, sərəncama əsasən Nazirlər Kabinetinə Xocavənd Rayon Prokurorluğunun və Bakı şəhəri Pirallahı Rayon Prokurorluğunun yaradılması ilə əlaqədar olaraq həmin qurumların fəaliyyətinin təşkili üçün onların bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədi ilə tədbirlər görmək; üç ay müddətində Azərbaycan Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamaq və Azərbaycan Prezidentinə təqdim etmək; üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti