Güclü küləyə görə mindən çox neftçi təxliyyə olundu

Güclü küləyə görə mindən çox neftçi təxliyyə olundu
  30 Mart 2018    Oxunub:2265
Bu gün və sabah hava şəraitinin qeyri-stabil olması ilə əlaqədar SOCAR-ın dəniz özüllərində çalışan 1000 nəfərdən çox neftçi dünən quruya təxliyyə olunub.
SOCAR-dan AzVision.az-a verilən xəbərə görə, dəniz özüllərində yalnız zəruri növbətçilər qalıb.

SOCAR-ın “Azneft” İstehsalat Birliyindən isə bildirilib ki, martın 30 və 31-də açıq dənizdə küləyin sürəti arabir 30 m/s (Dalğanın hündürlüyü 3-5, bəzən 5-7 metr) gözlənilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə “Azneft” tərəfindən dəniz Neft Qaz Çıxarma İdarələrinin bütün sahələrinə hava haqqında telefonoqrama göndərilib:

“Bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində təmir - tikinti işləri, hündürlükdə və yükqaldırma və digər təhlükəli işlərin məhdudlaşdırılması, nəqliyyat və işçilərin estakada və ya özülün istehsalat sahələrində hərəkət etməsinə məhdudiyyət qoyulması, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında bütün sahələrə yazılı və şifahi formada göstərişlər verilib. İdarə aparatı və sahələrdə növbətçilik təşkil olunub. Dəniz neft-qazçıxarma obyektlərində yalnız mütləq zərurət tələb etdiyi qədər növbətçilər saxlanılıb. Hava və dəniz nəqliyyatları vasitəsi ilə ümumi 1000 nəfərdən çox işçilərin sahilə çıxarılması üçün tədbirlər görülüb”.

AzVision.az




Teqlər: SOCAr   Dəniz   Neftçi   Külək  





Xəbər lenti