Sərdar Cəlaloğlu Orduxanı və dəstəsini ifşa etdi
Partiya sədri AzVision.az-a açıqlamasında deyib ki, siyasi mübarizədə söyüş və təhqir yolverilməzdir.
"Bu, antidemokratik mübarizə üsuludur, qurşaqdan aşağı zərbə vurmaq siyasi əxlaqa ziddir. Qeyri-demokratik güclərin maraqlarına xidmət edirlər. Bu yolla, küçə söyüşləri ilə, qeyri-siyasi sözlərlə hakimiyyətə münasibət ifadə etmək xalqa xidmət etmək deyil. Sadəcə bu tip insanlar qisas, intiqam hissi ilə belə yola əl atıblar. Tamamilə yalnış yoldur. Müasir dünyada siyasi etik normalar müəyyənləşib. Etik normaları pozmaqla mübarizə aparmaq olmaz”.
S.Cəlaloğlu vurğulayıb ki, xaricdəki radikal qüvvələrin arxasında kimlərsə durur: “Hesab edirəm ki, bu, xüsusi idarələrin hazırladığı nüfuzdan salma kampaniyasıdır. Görünür, Azərbaycanın demokratik qüvvələrindən fərqli olaraq kimlərsə siyasi xətt aparır. Bu adamlar Azərbaycanın siyasi hərəkatında tanınmış deyillər. Özləri də bunu etiraf edirlər. Bunlar Azərbaycan demokratik hərəkatından çıxmayıblar. Onların siyasi mübarizə üsulları demokratiyadan kənardır”.
Partiya sədri hesab edir ki, xaricdə yaşayan Orduxan Temurxan və onun kimi qeyri-etik çıxışlar edən şəxslərin mövqeyi qəbuledilməzdir. S.Cəlaloğlu radikalları əxlaqlı olmağa çağırıb.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: ADP Sərdar-Cəlaloğlu