“Maşın alsalar, pis olmaz...” – Xanımlar bu gün nə istəyir? (VİDEOSORĞU)

“Maşın alsalar, pis olmaz...” – Xanımlar bu gün nə istəyir? (VİDEOSORĞU)
  08 Mart 2018    Oxunub:8121
Bu gün xanımların bayramıdır. Hər bir xanım 8 Martda öz yaxınlarından, doğmalarından xüsusi diqqət, qayğı və hədiyyə gözləyir. Təbii ki, kişilər xanımların özəl günündə onları xoş sözlərlə təbrik etməklə bərabər hədiyyə də almağa məcbur qalır. Necə deyərlər, gülsüz, ətirsiz 8 Mart olmaz...
Bəs, xanımlar bayramda əks cinsin nümayəndələrindən hansı hədiyyəni gözləyirlər? Bu sualla paytaxtın xanım sakinlərinə müraciət etdik. Şəhərdə keçirdiyimiz sorğuda xanımlar hədiyyə kimi daha çox ətir və gülü seçdilər Bir xanımın isə opponentlərindən fərqi olaraq 8 Martda əzizlərindən hədiyyə olaraq avtomobil gözlədiyini dedi.

Xanımların maraq doğuran cavablarını təqdim etdiyimiz videodan izləyə bilərsiniz:



Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: 8-Mart   Bayram  





Xəbər lenti