ABŞ İrana sonuncu şans verdi - (VİDEO)

ABŞ İrana sonuncu şans verdi - (VİDEO)
  06 Mart 2018    Oxunub:3515
“Rəsmi Vaşinqton Tehranın nüvə silahı yaratmasına imkan verməyəcək”.

AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Maykl Pens deyib.
Onun sözlərinə görə, İran ballistik raketlərin yaradılması üzərində işini davam etdirir, eləcə də terror təşkilatlarını dəstəkləyir. Maykl Pens bildirib ki, ABŞ prezidenti Donald Tramp nüvə razılaşması ilə bağlı fikir ayrılıqlarının aradan qalxması məqsədilə Tehrana qarşı təkrar sanksiyaları tətbiq etməkdən imtina edib.

“ABŞ gələcəkdə bu cür zəiflik etmək niyyətində deyil. Səhv salmayın, bu, onların sonuncu şansıdır. Qarşıdakı aylarda İranla nüvə razılaşmasına yenidən baxılmasa, ABŞ razılaşmadan dərhal çıxacaq”.



İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: ABŞ   İran   Nüvə  





Xəbər lenti