Vasif Talıbovun yaratdığı məktəbdə kimlər oxuyacaq?

Vasif Talıbovun yaratdığı məktəbdə kimlər oxuyacaq?
  06 Mart 2018    Oxunub:5628
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılıb.
AzVision.az xəbər verir ki, məktəbə qəbul planı dövlət sifarişi ilə Məktəbin və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin təklifləri əsasında müəyyənləşdirilir.

Məktəbə qəbul biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən, qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Məktəbə daxili işlər orqanlarında azı 1 il xidmət stajına malik, 30 yaşa qədər, sıravi və kiçik rəis heyəti əməkdaşları, habelə ümumi təhsil müəssisələrini bitirmiş, hərbi xidmət keçmiş 30 yaşa qədər, tam orta təhsilli şəxslər qəbul oluna bilərlər. Məktəbdə təhsil 2 ildir.

Məktəbə qəbul Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin əmri ilə təsdiq olunur. Məktəbə qəbul edilən şəxslər qanunla müəyyən olunmuş qaydada and içirlər.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Naxçıvan   Polis   Məktəb  





Xəbər lenti