Ötən il 414 polis əməkdaşı cəzalandırılıb

Ötən il 414 polis əməkdaşı cəzalandırılıb
  05 Mart 2018    Oxunub:2470
Ötən il daxili nəzarət çərçivəsində aşkarlanmış 312 fakt üzrə 414 polis əməkdaş intizam qaydasında cəzalandırılıb.
AzVision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd olunub.

Bildirilib ki, onlardan 26-sı daxili işlər orqanlarında xidmətdən xaric olunub, 40-ı tutduğu vəzifədən azad edilib, 348 əməkdaş barəsində isə digər tənbeh tədbirləri görülüb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: DİN   Əməkdaş   İntizam  





Xəbər lenti