Nəticələr açıqlandı - Bir nəfər 90 bal toplayıb

Nəticələr açıqlandı - Bir nəfər 90 bal toplayıb
  28 Fevral 2018    Oxunub:1466
Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə dövlətimizin başçısının 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib.
DİM-dən AzVision.az-a verilən məlumata görə, Bakı İdman Sarayında təşkil olunan imtahan saat 10:00-da başlayıb və 3 saat davam edib.

İşə qəbul olunmaq üçün ərizə təqdim etmiş 481 namizəddən 71-i imtahana gəlməyib. İmtahanda iştirak etmiş 410 namizəddən 222-si müsabiqə şərtini (70 və daha çox bal) ödəyərək növbəti mərhələyə buraxılıb. Bir namizəd ən yüksək bal – toplanılması mümkün olan 90 bal toplayıb.

İmtahanın nəticələri ilə https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/imtnetice/PROK0228.htm linkində tanış olmaq mümkündür.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti