Azərbaycanda seçicilərin sayı açıqlandı

Azərbaycanda seçicilərin sayı açıqlandı
  28 Fevral 2018    Oxunub:1486
Azərbaycanda səsvermə hüququ olan seçicilərin sayı açıqlanıb.

AzVision.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MKS) sədr müavini Natiq Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, ötən illə müqayisədə seçicilərin sayı 0.6 faiz, yəni 28792 nəfər artıb.
Qeyd edilib ki, ölkə üzrə vahid seçici siyahısına 5 milyon 192 min 42 seçici daxil edilib.

"2018-ci il üzrə daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsi martın 3-dək başa çatdırılacaq"- N.Məmmədov qeyd edib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Seçki   Natiq-Məmmədov  





Xəbər lenti