136 zəngin ərəb Abu-Dabidən Bakıya gəlir

136 zəngin ərəb Abu-Dabidən Bakıya gəlir
  28 Fevral 2018    Oxunub:3324
Martın 2-də “Etihad Airways” şirkəti vasitəsilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidən Bakıya birbaşa ilk uçuş olacaq.

Bu barədə AzVision.az-a Azərbaycan Turizm Assosiyasının sədri Nahid Bağırov məlumat verib. O bildirib ki, BƏƏ-dən Bakıya uçuşlar həftədə 3 dəfə olmaqla həyata keçiriləcək.
N.Bağırovun sözlərinə görə, “Etihad Airways” şirkətinin rəhbəri ilə görüşlər keçiriləcək.

“İlk uçuş üçün yerlər artıq doludur. Beləliklə, ilk reyslə Bakıya 136 zəngin ərəb gələcək”- N.Bağırov qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Nahid-Bağırov  





Xəbər lenti