Bakıda turistlər üçün nəqliyyat pulsuz olacaq
Bu barədə AzVision.az-a Milli Turizm Təbliğat Bürosundan məlumat verilib.
“Baku Card” sahibləri mağazalar, kafelər, restoranlar və daha çox müxtəlif yerlərdə endirimlər və xüsusi təkliflər əldə edə biləcəklər. Kartları xüsusi köşklərdən, eyni zamanda onlayn qaydada almaq mümkün olacaq.
Qeyd edilib ki, sabah Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və PASHA Travel şirkəti arasında Bakı şəhərinin rəsmi şəhər kartı yaratmaq məqsədilə memorandumun imzalama mərasimi keçirələcək.
Memorandum Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli və PASHA Travel şirkətinin əməliyyatlar üzrə baş direktoru Florian Sengstschmid tərəfindən imzalanacaq.
AzVision.az
Teqlər: Bakı Turist Nəqliyyat Muzey