Naxçıvanda komandirlərin toplantısı keçirilir - FOTO+VİDEO

Naxçıvanda komandirlərin toplantısı keçirilir - FOTO+VİDEO
  17 Yanvar 2018    Oxunub:1777
Əlahiddə Ümumqoşun Orduda birləşmə, hərbi hissə komandirləri və onların müavinləri ilə cari ilin ilk komandir toplantısı keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, toplantının əsas məqsədi idarəetmə orqanlarının açılması, komandirlərin qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi və onlarda döyüş işinin təşkili zamanı yüksək təşkilatçılıq vərdişlərinin aşılanması, eləcə də silahlanmaya yeni daxil edilmiş silah və hərbi texnika ilə tanışlıqdır.



Toplantı zamanı şəxsi heyətdən fiziki və taktiki hazırlıq, həmçinin topoqrafiya və rəhbər sənədlərinin tələblərini bilmələri üzrə məqbullar qəbul edilir.

Məşğələlər Təlim-Tədris Mərkəzində və “Naxçıvan” poliqonunda keçirilir.





AzVision.az


Teqlər: Naxçıvan   Komandir  





Xəbər lenti