ARDNŞ 3 milyonun nəyə xərcləndiyinə aydınlıq gətirdi
E.Orucov bildirib ki, yazıda qeyd edilənlər həqiqətəuyğun deyil, yanlış məlumatlar əsasında dərc edilib ki, bu da ictimaiyyətdə mənfi fikrin formalaşması ilə nəticələnib:
"Belə ki, ARDNŞ ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qurumunun birgə apardığı araşdırma zamanı saytda yerləşdirilmiş cədvəldə olan "Qrantın məqsədi" hissəsində texniki səhv olaraq "Azərbaycan Nefti" monoqrafiyasının ingilis dilinə tərcüməsi və nəşri" qeyd edilməsi və bu məlumatın da həmin cədvəlin 91-ci bəndində olan qeydiyyat məlumatları ilə eynilik təşkil etdiyi müəyyən edilib".
Onun sözlərinə görə, dərc olunmuş yazıda sözügedən "Azərbaycan Nefti" monoqrafiyasının ingilis dilinə tərcüməsi və nəşrinə 21 825 manat qrant ayrılıb (91-ci bənddə). Həmin 38-ci bənddə göstərilmiş 3 000 000 manat vəsait isə "Azərbaycan Nefti" monoqrafiyasının ingilis dilinə tərcüməsi və nəşri üçün deyil, "Təhsil, elm və innovasiya sahəsində qarşılıqlı maraq kəsb edən elmi-tədqiqat işlərinin aparılması, bu sahədə gənc tədqiqatçıların dəstəklənməsi, yeni və rəqabətə davamlı texnologiyaların yaradılması və tətbiq olunması, eləcə də bununla əlaqədar digər zəruri tədbirlərin maliyyələşdirilməsi" adlı layihənin həyata keçirilməsi məqsədilə ayrılıb və həmin qrant müqaviləsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin 08.02.2013-cü il tarixli, 11/227 nömrəli cavab məktubuna əsasən 04.02.2013-cü il tarixində qeydiyyata alınıb.
E.Orucov deyib: "Qeyd etməliyik ki, bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə məlumat verildikdən sonra həmin texniki səhv dərhal aradan qaldırılıb. Göründüyü kimi, buraxılmış həmin texniki səhvdən istifadə edən bəzi KİV-lər və digər informasiya mənbələri həmin məlumatı araşdırmadan, təhqiqatını aparmadan yayımlayıblar ki, bu da nəticədə ARDNŞ-nin işgüzar nüfuzuna xələl gətirən və ictimaiyyətdə yalnış fikir formalaşdıran məlumat kimi müşahidə olunub".