Bakıda güclü külək əsəcək

Bakıda güclü külək əsəcək
  25 Sentyabr 2013    Oxunub:1248
Sabah paytaxtda 19 dərəcə isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, sentyabrın 26-da paytaxtda hava dəyişkən buludlu olacaq, axşam arabir tutulacaq, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bakıda güclü qərb, şimal-qərb küləyi əsəcək, lakin axşam mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-19, gündüz 19-24 dərəcə isti olacaq.

Rayonlarda sentyabrın 26-da hava əsasən yağmursuz olacaq, arabir güclənən qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq.


Teqlər:  





Xəbər lenti