AZAL: Bakıda qəza enişi edən təyyarə təmir edilib
Bu barədə AzVision.az-a “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib. AZAL rəsmisi bildirib ki, təyyarənin ekipaj üzvlərinin iş saatı bitdiyi üçün uçuş hələ həyata keçirilməyib.
Qeyd edək ki, dekabrın 11-də Mumbai-London istiqamətində uçan təyyarədə tüstülənmə yarandığına görə hava gəmisinin kapitanı Bakıda məcburi eniş etmək barədə qərar qəbul edib. Təyyarənin içərisində 135 sərnişin və 17 heyət üzvü olub.
Aytən Zəhra
AzVision.az
Teqlər: AZAL