Dünya çempionunu öldürən azərbaycanlı təslim olub - (VİDEO)
Qəltdən sonra Anar Allahverənova qarşı məhkəmə tərəfindən federal və beynəlxalq axtarış elan olunmuşdu.
Hazırda Allahverənov istintaq orqanlarına təhvil verilib. Onun ifadəsi alındıqdan sonra 1 saylı istintaq təcridxanasına köçürüləcək.
Qeyd edək ki, həmyerlimizə qarşı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb. Əgər onun günahı sübuta yetirilsə, 20 il və ya ömürlük həbs cəzasına məhkum edilə bilər.
AzVision.az bundan öncə xəbər vermişdi ki, idmançılar arasında davaya Andrey Draçovun Anar Allahverənova "çuşka" deməsi səbəb olub. Nəticədə dava ölümlə nəticələnib.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Dünya-Çempionu Qətl