Azərbaycanlı oliqarx beynəlxalq axtarışa verilir - (VİDEO)

Azərbaycanlı oliqarx beynəlxalq axtarışa verilir - (VİDEO)
  19 Sentyabr 2017    Oxunub:18184
Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı oliqarx – sabiq milyarder Telman İsmayılovu beynəlxalq axtarışa verməyə hazırlaşır.

AzVision.az xəbər verir ki, bu barədə “Rosbalt” agentliyi Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata əsasən, Telman İsmayılovun adı sifarişli qətllər, özgə əmlakına qəsdən zərər vurulması daxil olmaqla bir neçə maddə ilə açılmış cinayət işində əsas fiqurant kimi keçir.

Oliqarx, həmçinin Moskvanın Lianozovsk bazarının yandırılması ittiham olunur.

Azərbaycanlı milyarder “Kommersant”a bildirib ki, onun ətrafında son günlər baş verənlər təxribatdır. Biznesmen hesab edir ki, baş verənlər onun övladlarını və nəvələri qorxuya salıb.

İsmayılov obyektlərindəki axtarışların kimin tərəfindən, hansı məqsədlə aparıldığını bilmədiyini deyib.



Qeyd edək ki, ötən həftə Moskvada Telman İsmayılova aid 12 ünvanda axtarış aparılıb. Hüquq-mühafizə orqanları axtarış barədə şərh verməyib. Telman İsmayılovun vəkili isə axtarışlardan şoka düşdüyünü bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Telman-İsmayılov   Rusiya  





Xəbər lenti