"İkinci İsrailin yaradılmasına imkan verməyəcəyik" - İraq rəhbərliyi
AzVision.az “Haber 7” telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın İraqdakı səfiri Duqlas Sillimanla görüşü zamanı İraq prezidentinin köməkçisi Nuri əl-Maliki bildirib.
İraqın baş naziri Heydər əl-Abadi isə bəyan edib ki, referendum ölkə konstitusiyasına ziddir və mərkəzi hakimiyyət tərəfindən tanınmayacaq.
Qeyd edək ki, İraq Kürdüstanının hakimiyyət orqanları İraqdan ayrılmaq üçün referendum keçirmək qərarına gəliblər. Səsvermə sentyabrın 25-nə təyin edilib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: İraq